-1 C
Baku
Sunday, December 15, 2024

Slovakiya prezidenti yeni baş naziri və hökumətin tərkibini təsdiqləyib

Slovakiyanın Prezidenti Zuzana Çaputova aprelin 1-də Eduard Xeqerin başçılıq etdiyi Nazirlər Kabinetinin üzvlərini təsdiqləyib.

TASS xəbər verir ki, respublika paytaxtı Bratislavada, prezident sarayında onların təyinatına həsr edilən təntənəli mərasim keçirilib.

Baş nazir Eduard Xeqer and içib: “Slovakiya konstitusiyasına və qanunlarına sadiq qalacağıma and içirəm”.

Qeyd edək ki, hökumətin tərkibinə 4 siyasi partiyanın nümayəndələri daxil olub: sağ mərkəzçi Adi İnsanlar və Müstəqil Şəxslər Partiyası, “İnsanlar üçün” Liberal-Mühafizəkar Partiyası, “Azadlıq və Həmrəylik” Liberal Partiyası və “Biz-ailəyik” sağ mərkəzçi Siyasi Hərəkat.

Son xəbərlər
Digər xəbərlər