10 C
Baku
Friday, December 27, 2024

Slovakiya Rusiyaya qarşı sanksiyalardan qismən imtina edə bilər

Slovakiya Avropa Birliyinin Rusiyaya qarşı növbəti sanksiyaları nüvə yanacağına təsir edəcəyi halda onu dəstəkləməyəcək.

Bunu Slovakiya Xarici İşlər Nazirliyinin rəhbəri Yuray Blanar “Şənbə dialoqları” proqramının efirində deyib.

O qeyd edib ki, Slovakiyanın atom elektrik stansiyaları hələ başqa yanacaq növündən istifadə etməyə hazır deyil, ona görə də o, sanksiyalar paketinə daxil edilməməlidir.

Slovakiyada ölkənin elektrik enerjisinin yarıdan çoxunu təmin edən iki atom elektrik stansiyası – Moçovçe və Bohunitse fəaliyyət göstərir. Əvvəllər bu stansiyalar üçün yanacaq “Rosatom” tərəfindən təmin edilirdi, lakin 2023-cü ilin avqustunda Amerikanın “Westinghouse” şirkəti ilə Slovakiyadakı atom elektrik stansiyaları üçün nüvə yanacağının tədarükünə dair müqavilə imzalanıb.

Son xəbərlər
Digər xəbərlər