1 C
Baku
Saturday, December 14, 2024

Slovakiya və Polşa Ukraynaya “MiQ-29” qırıcıları göndərmək barədə razılığa gəliblər

“Ukraynaya “MiQ-29” qırıcılarının göndərilməsi ilə bağlı qərar qəbul etməyin vaxtı çatıb. Polşa hakimiyyəti artıq bu təşəbbüsü dəstəkləyib”.

Bunu Slovakiya Müdafiə Nazirliyinin rəhbəri Yaroslav Nad bəyan edib.

Onun sözlərinə görə, polşalı həmkarı Mariuş Blaşçak dünən, martın 8-də Aİ müdafiə nazirlərinin görüşündə ölkəsinin Slovakiya ilə birlikdə “MiQ-29”ların Kiyevə təhvil verilməsinə razılıq verəcəyini təsdiqləyib.

“Mən təsdiq edirəm ki, Polşa rəsmi olaraq Ukraynaya “MiQ”ləri birlikdə göndərməyə razıdır… Məncə, qərar qəbul etməyin vaxtı çatıb. Ukraynada insanlar ölürlər, biz onlara, həqiqətən, kömək edə bilərik və siyasiləşdirməyə yer yoxdur, bu, qeyri-insani və məsuliyyətsizlikdir”, – Nad bəyan edib.

Qeyd edək ki, Ukrayna 180-ə yaxın qırıcıya ehtiyac olduğunu bildirmişdi. ABŞ Prezidenti Co Bayden “F-16”ların ABŞ-də qalmalı olduğunu bildirərək tədarükdən imtina edib. Fransa Prezidenti Emmanuel Makron Ukraynaya qırıcı təyyarələrin göndəriləcəyini istisna etməyib. Slovakiyanın Baş naziri Eduard Heger Kiyevə “MiQ-29” almaq üçün mümkün olan hər şeyi edəcəyini vəd edib. Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bildirib ki, Ukrayna yalnız döyüş əməliyyatları başa çatdıqdan sonra döyüş təyyarələri ilə təmin olunacaq.

Son xəbərlər
Digər xəbərlər