26 C
Baku
Saturday, July 27, 2024

Slovakiyada martın 23-də prezident seçkiləri keçiriləcək

Slovakiyada prezident seçkilərinin tarixi məlum olub.

Bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, seçkilərin birinci turu 2024-cü il martın 23-də, mümkün ikinci turu isə aprelin 6-da keçiriləcək.

Qeyd edək ki, Slovakiyada prezident səsvermə yolu ilə beş il müddətinə seçilir.

Slovakiyanın hazırkı prezidenti Zuzana Çaputovanın səlahiyyət müddəti 2024-cü il iyunun 15-də başa çatır və o, ikinci müddətə yenidən seçilməyəcək.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər