Slovakiyada prezident seçkilərinin tarixi məlum olub.
Bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, seçkilərin birinci turu 2024-cü il martın 23-də, mümkün ikinci turu isə aprelin 6-da keçiriləcək.
Qeyd edək ki, Slovakiyada prezident səsvermə yolu ilə beş il müddətinə seçilir.
Slovakiyanın hazırkı prezidenti Zuzana Çaputovanın səlahiyyət müddəti 2024-cü il iyunun 15-də başa çatır və o, ikinci müddətə yenidən seçilməyəcək.