Slovakiyanın Baş naziri Robert Fitso kabinetin iclasından sonra baş verən atışmada yaralanıb.
Bu barədə yerli mətbuat xəbər yayıb.
Məlumata görə, atəş Fitso ictimaiyyət arasında çıxdıqdan sonra açılıb. O, sui-qəsd nəticəsində döş qəfəsi və qarın nahiyəsindən üç güllə yarası alıb, vəziyyətinin ağır olduğu bildirilir.
Bildirilir ki, hücum edən şəxs saxlanılıb və onun hərəkətinin motivləri məlum deyil.