31 C
Baku
Saturday, July 20, 2024

Slovakiyanın daxili işlər naziri polis rəhbərliyi ilə fikir ayrılığına görə vəzifəsindən azad edilib

Slovakiyanın daxili işlər naziri İvan Şimko polis rəhbərliyi ilə fikir ayrılığına görə vəzifəsindən azad edilib.

Bu barədə Slovakiya televiziyası məlumat yayıb.

Slovakiya Prezidenti Zuzana Çaputova baş nazir Lüdovit Odora Daxili İşlər Nazirliyinin rəhbəri vəzifəsini icra etməyi tapşırıb.

Şimkonun istefası Odorun təklifi ilə baş tutub. Baş nazir onunla polis rəhbərliyi arasında etimadsızlığın kəskin şəkildə artdığını bildirib.

Son xəbərlər
Digər xəbərlər