Sloveniya hökumətində son beş ayda 3 nazir istefa verib

0

Sloveniya hökumətində son beş ayda üçüncü nazir tutduğu vəzifədən istefa verib.

 Fevralın 27-də Baş nazir Maryan Şarets ekologiya naziri Yure Lebenin istefa ərizəsini qəbul edib. Nazir sabiq hökumətin tərkibində çalışdığı vaxt böyük dəmir yolu layihəsi ilə bağlı reklam layihəsinin tenderini manipulyasiya etməkdə ittiham olunduğuna və bu səbəbdən son günlərdə ciddi təzyiqlə üzləşdiyinə görə istefa vermək məcburiyyətində qalıb. Leben bütün ittihamları rədd etsə də, rəhbərlik etdiyi nazirliyin nüfuzunu qorumaq üçün tutduğu vəzifədən getdiyini bəyan edib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Ekologiya nazirindən öncə mədəniyyət naziri Deyan Presiçek, noyabrda isə daxili əlaqələndirmə naziri Marko Bandelli müxtəlif qalmaqallara görə vəzifələrini tərk ediblər.

Hökumət təmsilçiləri istefaların bir-biri ilə əlaqəli olmadığını və normal siyasi proseslərin tərkib hissəsi kimi şərh etsələr də, müxalifət düşərgəsində hökumətin böhran içində olduğu iddia edilir.