27 C
Baku
Saturday, July 27, 2024

Sloveniya ölkəyə giriş qaydalarını yenidən sərtləşdirib

Sloveniya hökuməti koronavirusa yoluxma hallarının yenidən artması və yay mövsümündə ölkə ərazisindən tranzit səfərlərinin çoxalmasını nəzərə alaraq ölkəyə giriş qaydalarını sərtləşdirib.

İyulun 15-dən etibarən ölkə ərazisinə daxil olmaq istəyən bütün şəxslər ya koronavirusla bağlı mənfi nəticəli test, ya peyvənd pasportu və ya da COVID-19 xəstəliyindən sağalmaya dair həkim arayışı təqdim etməlidirlər. Yalnız iki hal üzrə bu sənədlərin təqdimatı tələb olunmur. İstisnalar 15 yaşadək uşaqlara, eləcə də sərhədyanı ərazidə yaşayan və sərhədin hər iki tərəfindən təsərrüfat sahələri olan fermerlərə şamil olunacaq.

Qeyd edilməlidir ki, Sloveniya ərazisindən tranzit məqsədilə istifadə edən və 12 saat ərzində ölkəni tərk edən turistlər yuxarıdakı sənədlərdən heç birini təqdim etmirdilər. Həm yoluxmaların son həftələrdə artımı, həm də Xorvatiya istiqamətində turist səfərlərinin çoxalması hökuməti qaydaları sərtləşdirməyə vadar edib.

Sloveniya sərhəd polisindən bildirilib ki, yeni qayda Şengen məkanına daxil olan qonşu ölkələrlə (Avstriya, İtaliya və Macarıstan) sərhəd nəzarətinin bərpa olunması anlamına gəlmir. Sənədlərin yoxlanışı yalnız xüsusi reydlər çərçivəsində həm sərhəd-keçid məntəqələrində, həm də ölkə daxilində əsas magistral yollarda həyata keçiriləcək.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər