Sloveniya Baş nazirinin müavini, xarici işlər naziri Tanya Fayon Azərbaycana səfər edəcək.
Bu barədə Sloveniya xəbər agentliyi (STA) məlumat yayıb.
Sloveniya xarici işlər naziri 15-16 aprel tarixində Ermənistana, 17 aprel tarixində isə Azərbaycana səfər edəcək.
Bildirilib ki, Bakıda aparılacaq müzakirələr enerji sahəsində əməkdaşlığa fokuslanacaq.