6 C
Baku
Şənbə, Yanvar 22, 2022

Sloveniyada dekabrın 15-dən karantin yumşaldılacaq

Sloveniya hökuməti ölkədə tətbiq olunan karantin tədbirlərini 15-23 dekabr tarixlərində əhəmiyyətli dərəcədə yumşaltmaq qərarına gəldi.

Bu barədə ölkənin Baş naziri Yaneza Yanşı öz “Twitter” səhifəsində yazıb.

Onun sözlərinə görə, bu müddət ərzində ictimai nəqliyyat, gözəllik salonları, çiçək dükanları, avtomobil yuma və kimyəvi təmizləmə məntəqələri “məhdud bir ölçüdə” ölkə daxilində fəaliyyətini bərpa edəcəklər. Bundan əlavə, ən yaxşı epidemioloji vəziyyətə malik olan 12 statistik bölgədən 4-ünün sakinlərinə COVID-19 daşıyıcılarına nəzarət etmək üçün quraşdırılmış tətbiq ilə yaşayış bələdiyyəsi hüdudlarından kənarda səyahət etməyə icazə veriləcəkdir.

Mənbə:Trend
Son xəbərlər
Oxşar xəbərlər