10 C
Baku
Friday, December 13, 2024

Sloveniyada elektrik enerjisi qiymətlərində yuxarı hədd müəyyən edilib

Bahalaşmanın yaratdığı böhranı nəzərə alaraq bu ilin sentyabr ayından Sloveniyada fərdi evlər və kiçik sahibkarlar üçün elektrik enerjisi qiymətlərində yuxarı hədd müəyyən edilib.

Hökumətin qərarına əsasən qiymətlərin sabitləşməsinə yönələn bu addım gələn ilin avqust ayına kimi qüvvədə olacaq. Hesab edilir ki, qiymətlərdə yuxarı həddin tətbiqi sayəsində elektrik enerjisi üçün xərclərə 15-30 faiz qənaət edilə biləcəkdir.

Sloveniyanın infrastruktur naziri Boyan Kumer bildirib ki, elektrik enerjisi qiymətlərində yuxarı həddin müəyyən edilməsi yerli elektrik enerjisi təminatçıları ilə aparılmış dialoq və razılaşma sayəsində mümkün olub.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər