Bu gün Sloveniyada parlament seçkiləri keçirilir.
Seçki məntəqələri yerli vaxtla saat 07.00-da açılıb, saat 19.00-da bağlanacaq.
Sosioloji sorğulara əsasən, parlament seçkilərində Azadlıq Uğrunda Hərəkat Partiyasının 26,1 faiz səslə qalib gələcəyi proqnozlaşdırılır. İkinci yerdə 24,4 faiz səslə Baş nazir Yanez Yanşa rəhbərlik etdiyi Demokrat Partiyanın qərarlaşacağı gözlənilir. Taney Fayonun sədri olduğu Sosial Demokrat Partiyasının 7,8 faiz toplayacağı proqnozlaşdırılır. Növbəti yerlərdə 7,7 faiz səslə Lukoy Mesetsin Sol Partiyasının və müdafiə naziri Mateem Toninin Yeni Sloveniya-Xristian Demokrat Partiyasının qərarlaşacağı gözlənilir.
Seçkilərin ilkin nəticələri saat 19.30-da məlum olacaq.