29 C
Baku
Sunday, June 26, 2022

Sloveniyanın ən böyük aviaşirkəti maliyyə çatışmazlığından uçuşlarını dayandırıb

Sloveniyanın ən böyük aviaşirkəti olan “Adria Airways” maliyyə çatışmazlığı ucbatından bütün uçuşlarını dayandırmağa məcbur olub.

Bu barədə aviaşirkətin mətbuat xidməti məlumat yayıb. Şirkətdən bildirilib ki, müntəzəm uçuş fəaliyyətini həyata keçirmək üçün maliyyə vəsaiti çatışmır və bu səbəbdən də reyslərə “müvəqqəti fasilə” verilməsi barədə qərar qəbul edilib.

İyirmi təyyarəsi və 500-dək əməkdaşa malik şirkətin rəhbərliyi hazırda potensial investorlarla vəziyyətdən çıxmaq üçün intensiv danışıqlar aparır. 1961-ci ildə hələ keçmiş Yuqoslaviya dönəmində əsası qoyulan aviaşirkət hazırda Avropada 24 istiqamət üzrə uçuşlar həyata keçirir. Almaniyanın “4K Invest AG” şirkətinin əksər səhmlərin sahib olduğu “Adria Airways” ikigünlük fasilədən sonra yeni maliyyə vəsaitləri əldə edə bilməsə, Sloveniya dövləti şirkətin xilası üçün hərəkətə keçə bilər.

©Azərtac

 

Son xəbərlər
Oxşar xəbərlər