16 C
Baku
Friday, April 26, 2024

“Smart-kart” qaz sayğacların sayında “geri sayım” başlayıb

“Azəriqaz” İB tərəfindən 2020-ci ildə 42 yaşayış məntəqəsi və 43 yeni yaşayış massivi qazlaşdırılaraq təbii qaz verilib.

Banker.az bu barədə SOCAR-ın illik hesabatına istinadən xəbər verir.

2020-ci ildə qazla təmin olunmuş yeni əhali abunəçilərinin sayı 80 723, o cümlədən Bakı şəhərində 41 220 abunəçi, regionlarda 39 503 abunəçi oub.

1 yanvar 2021-ci il tarixinə təbii qazdan istifadə edən əhali abunəçilərinin sayı 2 329 994, o cümlədən Bakı şəhərində 904 217, regionlarda 1 425 777 abunəçi qeydə alınıb.

Hesabat tarixinə, “smart-kart” sayğacı ilə təmin olunmuş əhali 1 034 448, o cümlədən Bakı şəhərində 693 161, regionlarda 341 287 abunəçi olmuşdur.

Bu da illik müqayisədə 196 550, yaxud 16% azalma dinamikasıdır.

Qeyd edək ki, 2020-ci ilin müvafiq dövründə “smart-kart” sayğacı ilə təmin olunmuş əhali 1 230 998 abunəçi, o cümlədən Bakı şəhərində 843 259 abunəçi, regionlarda 387 739 abunəçi olmuşdur.

Öncəki ildə həmçinin əhali abunəçilərə 199 262 ədəd, o cümlədən Bakı şəhərində 120 527 ədəd, regionlarda 78 735 ədəd “smart-kart” tipli məişət qaz sayğacı quraşdırılmış və əvəz olunmuşdu.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər