13 C
Baku
Tuesday, October 22, 2024

SmartBank– internet bankın yeni saytı işə salındı

Bank Standard SmartBank internet bankının yeni saytını işə salıb.

SmartBank internet bank xidməti Bank Standard-ın yeni və mövcud müştəriləri üçün nəzərdə tutulub. SmartBank-a qoşulan bütün müştərilər öz vəsaitlərini onlayn qaydada günün istənilən saatında, internetə çıxışı olan kompüter və ya mobil qurğudan idarə edə bilər. Bu xidmət istifadəçilərin təhlükəsizliyini və elektron fırıldaqçılıqdan müdafiəni yüksək səviyyədə təmin edir.

SmartBank xidmətinə qoşulmaq üçün Bankın istənilən filialına müraciət etmək kifayətdir. Xidmət aktivləşdikdən sonra müştərilər istənilən vaxt və istənilən yerdə Bankla əlaqədə olaraq, bank hesablarına nəzarət və idarə edə, ölkədaxili və xaricə pul köçürmələrini, həmçinin kommunal və büdcə ödənişləri kimi vacib bank əməliyyatlarını həyata keçirə bilərlər. Bundan başqa, istifadəçilər kreditlərin ödəniş qrafikinə və depozitlər üzrə hesablanmış faizlərin ödənilməsinə nəzarət edə, real vaxt rejimində gündəlik valyuta kurslarını izləyə, valyuta konvertasiyasını həyata keçirə, kreditləri ödəyə, pul köçürmələri və ödənişlərin avtomatlaşdırılması üçün şablonlar yarada bilər.

Son xəbərlər
Digər xəbərlər