13 C
Baku
Tuesday, October 22, 2024

Smartfon bazarı ilk rübdə 9 faiz artıb

“Gartner” analitik şirkətinin mütəxəssisləri 2017-ci ilin birinci rübündə smartfon bazarına aid statistik məlumatların təhlilini aparıb.

“ixbt.com” saytına istinadən, smartfon bazarı 9 faiz artıb. Əgər ötən ilin birinci rübündə 348,2 milyon ədəd smartfon tədarük edilibsə, bu il bu rəqəm 3709 milyon ədəd olub.

Bazarın lideri “Samsung” olaraq qalır. Baxmayaraq ki, şirkətin satışları 81,19 milyondan 78,67 milyon ədədə qədər azalıb. Nəticədə “Samsung”un payı 23,3 faizdən 20,7 faizə düşüb.

İkinci yerdə bir il ərzində tədarükünü artıran “Apple” şirkəti qərarlaşıb. Lakin artım çox kiçik olub və 51,63 milyondan 51,99 milyon ədədə yüksəlib. “Apple”ın payı 14,8 faizdən 13,7 faizə qədər azalıb.

İlk beşliyə “Huawei”, “Oppo” və “Vivo” kimi şirkətlər də daxil olub. Onların bazar payı müvafiq olaraq 5%, 8,1% və 6,8% təşkil edib.

MənbəLent.az
Son xəbərlər
Digər xəbərlər