10 C
Baku
Friday, October 25, 2024

Smartfon evdə gizli kameraları tapmağa kömək edə bilər – “The Verge”

Dünyada bir çox hallarda insanların məxfiliyi gizli kameralar vasitəsilə pozulur, bu barədə “The Verge” yazır. Aldığınız və ya kirayə götürdüyünüz mənzilin təhlükəsiz olduğuna əmin olmaq üçün smartfonunuzdan istifadə edə bilərsiniz.

Çox güman ki, gizli kamera gecə görmə qabiliyyətinə malikdir, bu isə o deməkdir ki, siz smartfonunuzun kamerası vasitəsilə həmin infraqırmızı işığı aşkar edə bilərsiniz. Nəzərə almaq vacibdir ki, bəzi telefonlarda yalnız ön kamera infraqırmızı işığı görə bilir.

Smartfonun infraqırmızı işığı görə bilməsini yoxlamaq üçün otaqdakı işığı söndürmək, televizorun pultunu telefonun kamerasına yaxınlaşdırmaq və sonra pultun istənilən düyməsini sıxmağınız lazımdır. Əgər cihaz infraqırmızı işığı görürsə, pultun ön hissəsində qırmızı və ya bənövşəyi işığın yanıb-söndüyünü görəcəksiniz.

Smartfonunuzun infraqırmızı işığı gördüyünə əmin olduqdan sonra etməli olduğunuz tək şey otağı mümkün qədər qaranlıq etmək və sonra onun kamerası vasitəsilə hər yeri skan etməkdir. Əgər evdə aktiv kamera varsa, smartfonunuz onu aşkar edəcək.

Evinizdə aktiv kameranın olub-olmaması ilə maraqlanırsınızsa, infraqırmızı işıq isə işləmirsə, onda lokal şəbəkəyə qoşulan cihazları yoxlaya bilərsiniz. Hansı cihazların lokal şəbəkəyə qoşulduğunu müəyyən edə bilən bir sıra proqramlar var. Onlardan biri “Fing” adlanır (həm Android, həm də iOS üçün mövcuddur).

Əlbəttə ki, bu üsulların heç biri 100% etibarlı deyil. Əgər təhlükəsizliyiniz ilə bağlı ciddi narahatlıqlarınız varsa, gizli mikrofon və ya kameradan gələn siqnalları qəbul edən radiotezlik detektoru əldə edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər