36 C
Baku
Wednesday, August 17, 2022

Smartfon müştərinin kredit ödəmə qabiliyyəti barədə nə deyə bilər?

Amerikada və Avropanın inkişaf etmiş bəzi ölkələrində kreditləşmə sahəsində inqilab yaratmaq istəyən startaplar yaranır. Bu startapların əsas diqqət mərkəzində saxladıqları isə xüsusi olaraq inkişafda olan ölkələrdir. Hansı ki, əhalinin əksəriyyətinin banka çıxışı və ənənəvi kredit tarixçəsi yoxdur.

Lakin cənubi afrikalıların 34%-nin, nigeriyalıların 27%-nin və keniyalıların 15%-nin artıq smartfonu var. Buna görə də, sahibkarlar risklərin qiymətləndirilməsi strategiyasını borcalanların mobil telefonlarını öyrənmək üzərində qururlar.

Mütəxəssislər xüsusi tətbiqetmənin köməkliyi ilə telefonda saxlanan nəhəng məlumat kütləsini emal edə bilirlər. Bunlar isə öz növbəsində SMS-ismarıclar, zənglər haqqında məlumatlar və smartfondan istifadə intensivliyidir. Bununla da, mütəxəssislər mobil telefon sahibinin kredit ödəmə qabiliyyətinin hesabatını çıxara bilirlər.

Məsələn, Inventure mütəxəssisləri əmindirlər ki, saat 22:00-dan sonra zəng edən telefon istifadəçiləri böyük ehtimalla borclarını qaytaran insanlardır (bu əsas olaraq axşam saatlarında mobil əlaqə tariflərinin ucuz olduğu ölkələrə aiddir).

Smartfonla araşdırma apararaq mobil telefon istifadəçisi haqqında daha hansı nəticələrə gəlmək olar?

SMS-ismarıclar

Yaxşı kredit ödəmə qabiliyyəti: göndərdiyindən daha az ismarıc qəbul edir.

Yüksək dərəcədə krediti geri qaytarmamaq riski: göndərilən ismarıcların sayı qəbul edilən mesajların sayından kifayət qədər çoxdur.

Batareyanın vəziyyəti

İstifadəçi telefonunu nə qədər çox eneriji ilə doldurmağa ehtiyac duyursa, onun kredit əldə etmək şansları bir o qədər azdır.

Azart oyunlar

Təəccüblüdür ki, oyunçular daha çox borcunu qaytaran şəxslərdir.

Son xəbərlər
Oxşar xəbərlər