10 C
Baku
Wednesday, December 11, 2024

Smartfonlar üçün möhkəm almaz şüşə yaradılıb

ABŞ-ın “Akhan Semiconductor” şirkəti möhkəm almaz şüşə icad edib.

Nanoalmaz materiallardan hazırlanan “Miraj Diamond Glass” adlı şüşə ilk növbədə açılıb-yığılan qurğuların ekranları üçün nəzərdə tutulub. İstehsalçı nümayəndələrinin sözlərinə görə, “Corning” şirkətinin analoqu ilə müqayisədə yeni şüşə “Gorilla Glass” şüşəsindən altı dəfə möhkəmdir. Materialın qalınlığı 100 nanometr təşkil edir.

“Miraj Diamond Glass” şüşəsinin əsas xarakteristikaları kimi maye və yağların uzaqlaşdırılması xüsusiyyətləri qeyd olunur. Bu, şüşənin əlavə oleum örtüklə emalını aradan qaldırır. “Akhan Semiconductor” şirkətinin təmsilçiləri qeyd edib ki, yeni material ixtiranı bəyənən bir sıra smartfon istehsalçılarına təqdim edilib.

“Akhan Semiconductor” şirkətinin əsas rəqibi “Corning” istehsalçısı da 0,1 millimetr qalınlığa və 5 millimetrədək əyilmə amplitudasına malik elastik material üzərində çalışır. Mobil bazarda “Corning” şirkətinin ən böyük tərəfdaşlarından biri kimi “Apple” korporasiyası çıxış edir.

©İctnews

Son xəbərlər
Digər xəbərlər