25 C
Baku
Saturday, July 27, 2024

Smartfonların şüşələri necə yaranıb?

Hazırda bir çox müasir smartfonlarda və gadgetlərdə istifadə olunan Gorilla Glass şüşələri hələ1952-ci ildə yaradılmışdır. Bu texnologiya demək olar ki, təsadüfən yaradılmayıb. 1952-ci ildə “Corning Glass” şirkətinin əməkdaşı kimyaçı Don Stuki fotohəssas şüşəni 600°-yə qədər qızdırmaq üçün sobaya yerləşdirir. Lakin sensorlardan birinin düzgün işləməməsi səbəbindən temperatur 900°-ə qalxır.

Kimyaçı şüşəni tez bir şəkildə sobadan çıxardı. Lakin korlanmış nümunənin əvəzində o ağ rəngli şüşə əldə etdi və şüşə onun əlindən yerə düşdükdə o sınmadı. Bu alimin belə bir nəticəyə gəlməsinə səbəb oldu ki, yüksək temperatur şüşəyə qeyri-adi möhkəmlik qazandırır.

Şirkət mütəxəssisləri eksperimentləri “Project Muscle” layihəsi çərçivəsində davam etdirməyi qərara alırlar. Bu eksperimentlərdə məqsəd ultra güclü şüşənin yaradılması idi. Lakin “Chemcor” adlı yeni material geniş istifadəyə və tələbata səbəb olmur. Bir çox hallarda şüşənin unikal xüsusiyyətləri müsbət nəticələr vermirdi, məsələn: inqilabi texnologiya ilə hazırlanmış avtomobil şüşələri zərbəyə çox yaxşı davam gətirirdi. Lakin qəza zamanı şüşə öz möhkəmliyi səbəbindən sürücünün kəllə sümüyünü qıra bilərdi. Buna görə də 1971-ci ildə proqram ləğv olunur.

XXI əsrin əvvəllərində bu şüşələri tələbat ani olaraq artır. Buna səbəb isə smartfon və planşet istehsalçılarına mexaniki zərbələrə davamlı, yüngül və davamlı material gərəkli idi. Belə olduqda “Corning Glass Works” əməkdaşları uzun müddət üzərlərində işlədikləri layihəni xatırladılar və beləliklə hamının artıq tanıdığı “Gorilla Glass” şüşələri peyda oldu.

Son xəbərlər
Digər xəbərlər