10 C
Baku
Wednesday, December 11, 2024

SME kredit mütəxəssis – Rabitabank ASC

“Rabitabank” ASC Baş ofisə SME kredit mütəxəssisləri üzrə işə qəbul elan edir.

Azərbaycanın ilk özəl banklarından biri və 24 illik tarixə malik olan “Rabitəbank” ASC ölkədə dayanıqlılığı və etibarlılığı ilə fərqlənən iri Banklar sırasındadır. Bu fərqliliyin təməlini qoymaqda isə Bank əməkdaşlarının əvəzsiz rolu olmuşdur. Bu yolda yorulmadan səy göstərən peşəkar kollektivimizlə fəxr edir, Sizi də bu kollektivdə görmək ümidi ilə “Rabitəbank”ın mehriban kollektivinə və maraqlı korporativ həyatına qoşulmağa dəvət edirik.

– Bankın kiçik, orta, iri kreditlərini və korporativ məhsullarını təbliğ etmək, banka müştəriləri cəlb etmək və bankı müştəri qarşısında təmsil etmək;
– Filialın kiçik, orta və iri kreditlərinin, portfelinin, planının icrasını və korporativ məhsullarının çarpaz satışını təmin etmək;
– Müvafiq kredit prosedurlarına uyğun olaraq: 20.000 manat məbləğindən artıq olan ərizələr üzrə müştəri ilə sorğu keçirmək, müştərinin ərizəsini qəbul etmək, biznes sahəsinə vizitlər etmək, müvafiq prosedur və təlimatlara uyğun olaraq müştərilərin təhlilini aparmaq, kredit verilməsi üçün müştəridən tələb olunan sənədləri qəbul etmək, kredit sənədlərini kredit komitəsində təqdim etmək və komitənin qərarına əsasən krediti rəsmləşdirilmək;
– Kredit portfelini idarə etmək;
– Korporativ müştərilərin loyallığının təmini üzrə tədbirlər həyata keçirmək;
– Təhkim olunmuş portfel üzrə borcalanların planlı və ya plandankənar monitorinqlərini həyata keçirmək;
– Filialda kiçik, orta, iri kreditlər və korporativ məhsullaı üzrə işin təkmilləşdirilməsinə dair təkliflər vermək;
– Rəhbərlik tərəfindən bilavasitə verilən və bu vəzifə təlimatı ilə uyğun gələn göstəriş və tapşırıqları bilavasitə rəhbərini məlumatlandırmaqla icra etmək.

Namizədə qarşı tələblər:

– Ali təhsilli olmaq (iqtisadi və riyazi təhsili olanlara üstünlük verilir);
– SME kreditləri sahəsində ən azı 2 il iş təcrübəsinə malik olmaq;
– Azərbaycan dilində səlis danışıq qabiliyyətinə malik olmaq;
– Analitik təhlil qabiliyyətinə malik olmaq;
– Yüksək ünsiyyət, komandada işləmək və problemləri həll etmə bacarıqlarına sahib olmaq;
– MS Office proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığına malik olmaq;
– Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmaq;
– Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək, insanların psixologiyasına bələd olmaq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində SME üzrə kredit mütəxəssisi göstərməyiniz xahiş olunur.

Son xəbərlər
Digər xəbərlər