16 C
Baku
Thursday, May 2, 2024

SMEMüştəri Meneceri — PASHA Bank

“PASHA Bank” ASC Müştəri Meneceri vakansiyasını elan edir.

İŞ BARƏDƏ MALUMAT:

Müştəri Meneceri müştərilərin biznesinə, ehtiyaclarına, risklərin idarə edilməsinə və qiymət təklifinə (həm Müştəri, həm də Bank üçün) diqqət yetirərək, maliyyə məsləhətləri və maliyyə xidmətləri göstərərək müştərilərin portfelini artırıb idarə etməlidir.
Cari Kiçik və Orta Sahibkarlıq seqmentinə gəlirləri ildə 8 milyon manat olan müştərilər daxildir. Kiçik və Orta Sahibkarlıq seqmentinə təqdim edilən əsas xidmətlərinə daxildir: borc maliyyələşdirilməsi, faktoring, ticarətin maliyyələşdirilməsi, pul və hesablaşma xidmətləri.

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

• Müştərilərin portfelini idarə etmək, müştəri üçün əsas təmas nöqtəsi və əsas maliyyə məsləhətçisi olmaq
• Yeni müştərilərin axtarılması, mövcud əlaqələrin saxlanılması və möhkəmlənməsi, müştəri məmnuniyyətinin təmin edilməsi və yaxşı müştəri münasibətləri yaradılması.
• Müştərinin maliyyə və əməliyyat strategiyalarını təhlil etmək və müştərinin təcili və uzunmüddətli ehtiyaclarını ödəmək üçün maliyyə xidmətləri təklif etmək
• Müştərilərə məhsulların və xidmətlərin haqqında məlumatların effektiv çatdırılması üçün aidiyyati strukturlarla daimi əlaqədə olmaq.
• Bankın məhsullarını Kiçik və Orta Sahibkarlıq seqmentinə satmaq, müştəri bazasını idarə edib və genişləndirməyi üçün imkanların axtarışı
• Müştərilərin maliyyəşdirilmə müraciətlərini təmin etmək üçün ilkin maliyyə təhlilini aparmaq və kredit analitikləri ilə səmərəli əməkdaşlıq
• Prosedurlara müvafiq olaraq, müştərilərin kredit müraciətlərini kredit komitəsində təqdim etmək
• Müştərilərin portfelinin yüksək gəlirliliyini və artırılmasını təmin etmək

VƏZİFƏNİN DİGƏR XÜSUSİYYƏTLƏRİ:

• Maliiyyə, İqtisadiyyat və ya Bankçılıq üzrə Bakalavr ya müvafiq sahədə bakalavr dərəcəsi
• Yüksək kommunikasiya və danışıqların aparılması bacarıqları
• Korporativ Bankçılıq( kreditin təhlili və satış) sahəsində təcrübə
• Azərbaycan dili – səlis
• İngilis və rus dili – yaxşı

Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini 14.05.2018-ci il tarixinədək [email protected] elektron ünvanına email-in mövzu hissəsində “SME Müştəri Meneceri” yazaraq göndərmələri xahiş olunur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər