Ukrayna G7 ölkələrindən əlavə 5 milyard dollardan çox yardım alacaq.
Bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal bildirib.
Onun sözlərinə görə, xüsusilə Fransa, Almaniya və Böyük Britaniya ilə görüşlərdəki nəticələrə əsasən Ukrayna əlavə yardım paketləri alacaq.
Bundan əlavə, İsveçrə növbəti 6 il ərzində ölkəyə 1,8 milyard frank verəcək.
Danimarka isə 1 milyard avronu doldurmağı planlaşdıran xüsusi fond yaradır.
Yaponiya, Litva, Latviya, İslandiya və Niderland da Ukraynaya əlavə yardım göstərəcək.