Dünyanın ən böyük alkoqol istehsalçılarından biri olan “Diageo” Rusiya və Ukraynaya tədarükünü müvəqqəti olaraq dondurur.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“Bizim prioritetimiz Ukraynada və daha geniş regionda xalqımızın təhlükəsizliyidir”, – deyə şirkətin açıqlamasında deyilir. Qeyd edək ki, “Diageo”ya “Johnnie Walker”, “Captain Morgan”, “Guinness, Smirnoff”, “White Horse” və digər brendlər daxildir.
“Biz biznesimizin düzgün işləməsini təmin etmək üçün səy göstərməyə davam edirik. Qlobal təchizat zəncirlərinin vəziyyətini nəzərə alaraq, Rusiyadakı müştərilərimizə hazır məhsulların daşınmasını müvəqqəti olaraq dayandırmaq və diqqətimizi əməkdaşlarımızı dəstəkləməyə yönəltmək qərarına gəldik”, – mesajda bildirilir.
Rusiya Ukraynada “xüsusi əməliyyata” başlayandan sonra “Ludinq Qroup” və “Simple” şirkətləri tərəfindən tədarük qeyri-müəyyən müddətə dayandırılıb. Martın 1-də “Luding Group”, rublun məzənnəsindəki dəyişikliyi nəzərə alaraq idxal edilən şərabların, eləcə də güclü, az alkoqollu və alkoqolsuz içkilərin qiymətlərini “tənzimlədiyini” izah edərək çatdırılmalarını bərpa etdi.