8 C
Baku
Thursday, November 7, 2024

“SMS Notification” xidməti haqqında – hansı bankın tarifləri daha sərfəlidir?

Bankdan debet kart əldə edən müştərilər kartların bir sıra üstünlükləri və əlavə funksiyalarına fikir verirlər. Əlavə funksiyalardan olan “cash-back” ,”depozit”, “Paywave”  və s. haqqında ötən yazılarımızda Sizlərə məlumat vermişdik. Debet kart sahibi müştərilərə

Bankların artıq uzun müddətdir ki təqdim etdiyi xidmətlərdən biri də “SMS Notification”  (SMS məlumatlandırma) xidmətidir. Xidmətin özəlliyi ondan ibarətdir ki, kart hesabında baş verən hər bir əməliyyat üzrə məlumat dərhal “sms” şəklində kart sahibinin mobil nömrəsinə göndərilir. ”SMS” mətndə keçirilən əməliyyatın məbləği, ticarət məntəqəsini identifikasiya edən məlumatlar, əməliyyatın tarixi və saatı həmçinin kartınızın balansını əks etdirən məlumatlar qeyd edilir.

Bu xidmət həm təhlükəsizlik tədbirləri baxımından , həm də informativ olmaqla debet kart istifadəçiləri tərəfindən bir çox hallarda tərcih edilir. Əslində bu xidmət Banklar tərəfindən emissiya edilən digər növ kartlarda – kredit, taksit, əmək haqqı kartları və s. da mövcuddur. Lakin adıçəkilən kartların Bank üçün yüksək gəlirliliyi və digər maraqları olduğu üçün əksər hallarda pulsuz təqdim edilir.  

Debet kartlarda isə vəziyyət fərqlidir, çünki bu kartlar müştərinin şəxsi vəsaitinin istifadəsi üçün nəzərdə tutulub və Banklar bu kartlar üzrə dövriyyə göstəricisini və gəlirliliyi proqnozlaşdıra bilmirlər. Bu səbəbdən digər xidmətlər kimi “SMS Notification” xidməti də ödənişli formada təqdim edilir. Təbii ki, istisnalar da mövcuddur, yəni bəzi debet kartları pulsuz təqdim edən Banklar da var. Monitorinq qrupumuz bu dəfəki araşdırması Bankların debet kartlarında olan “SMS Notification”  üzrə tariflər haqqındadır. Aşağıdakı cədvəldə tariflərlə yanaşı bu xidmətin pulsuz təqdim edildiyi kartlar da qeyd edilib.

Bank “SMS Notification”  üzrə tariflər Bu xidmət Pulsuz olan debet kart varmı?
AccessBank 1 aylıq – 0.5 AZN

1 illik – 5 AZN

myCard Classic (1 il Pulsuz)

myCard Gold

myCard platinum

AFB Bank 1 aylıq – 1.5 AZN yoxdur
AgBank 1 aylıq – 1.18 AZN yoxdur
Amrahbank 1 aylıq – 1.30 AZN yoxdur
ASB Pulsuz Bütün kartlar üzrə pulsuzdur
Atabank 1 aylıq – 1.20 AZN Yoxdur
Azər – Türk Bank 1 aylıq – 1.18 AZN Yoxdur
Bank Avrasiya 1 aylıq – 1 AZN Yoxdur
Bank BTB 1 aylıq – 2 AZN Yoxdur
Bank of Baku 5 AZN

(kartın aktiv olduğu dövr ərzində)

Visa Gold / MC Gold

Visa İnfinite

Bank Respublika 1 aylıq – 0.99 AZN Visa İnfinite

MC Black Edition

MC World Elite

Premium Bank

(Bank Silkway)

1 aylıq – 1.20 AZN yoxdur
Bank VTB 1 aylıq – 2 AZN yoxdur
ExpressBank 1 illik – 6 AZN Expresso Debet

Visa Gold / MC Gold

Visa Platinum / MC Platinum

Kapital Bank 1 illik – 5 AZN və ya

1 sms – 0.10 AZN

Visa Gold / MC Gold

Visa Platinum / MC Platinum

Visa İnfinite / MC World Elite

Birkart Miles Debet

Günay Bank 1 aylıq – 1 AZN MC Black Edition
Naxçıvanbank 1 illik – 15 AZN yoxdur
NBC Bank 1 aylıq – 1.20 AZN yoxdur
Nikoil Bank 1 aylıq – 1.20 AZN Visa Gold / MC Gold

Visa Platinum

Rabitə Bank Visa Gold / MC Gold – aylıq 0.5 AZN

Digər kartlar – aylıq 1.0 AZN

MC Platinum

MC Black Edition

Unibank 1 aylıq – 0.50 AZN yoxdur
Xalq Bank 1 aylıq – 1.18 AZN yoxdur
Turanbank 1 illik – 15 AZN yoxdur
YapıkrediBank Azərbaycan 6 aylıq – 5 AZN

1 illik – 10 AZN

yoxdur

 

Son xəbərlər
Digər xəbərlər