10 C
Baku
Friday, December 13, 2024

Snapchat rəhbəri Time Warner üçün $100 milyona şou seriyası yaradacaq

Banker.az saytı The Wall Street Journal nəşrinə istinadən xəbər verir ki, tərkibinə CNN, Time Inc. və Warner Bros da daxil olduğu Time Warner holdinqi Snap şirkəti ilə şou yaradılması ilə bağlı 100 milyon dollarlıq müqavilə bağlayıb.

Müqavilə iki il üçün nəzərdə tutulub: Snap şirkəti bu müddət ərzində 3 dəqiqədən 5 dəqiqəyə qədər davam edən komediya və dramatik şou seriyası yaratmalıdır. Müqavilədə deyilir ki, Time Warner il ərzində 10-a qədər belə şou buraxmağı planlaşdırır.

Bundan əlavə, müqavilənin şərtlərinə görə, Time Warner partnyorları Snapchat-da reklam yerləşdirəcək. Burada söhbət HBO, Warner Bros və Turner şirkətlərindən gedir. Bununla belə, Time Warner reklamdan gələn gəlirin 50%-ni özünə götürəcək, geri qalan məbləği isə partnyorlar əldə edəcək.

 

Son xəbərlər
Digər xəbərlər