18 C
Baku
Thursday, April 18, 2024

“Snapchat” “TikTok”un rəqibini işə saldı və yeni istifadəçilərə $1 mln. paylayacağını vəd etdi

“Snapchat” tətbiq daxilində “TikTok”a rəqib olan “Spotlight” platformasını işə salıb.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Şirkət 2020-ci ilin sonunadək platforma istifadəçiləri arasında 1 milyon dollar paylayacağını vəd edib.

Verilən məlumata görə, qazanmaq fürsətini ABŞ, Almaniya, Fransa, Kanada və daha yeddi ölkənin istifadəçiləri əldə edəcəklər. Ödənişin miqdarı videonun baxış sayından asılı olacaq.

“Spotlight” platforması şaquli və 60 saniyəyə qədər davam edən videolar çəkməyə imkan verir. Bütün kontent orijinal olmalıdır, yəni burada repost etmək olmaz. Videolar topic həştəqi ilə işarələnməlidir.

“TikTok”dan fərqli olaraq, “Spotlight”ın ümumi xəbər lentinə həm açıq, həm də bağlı profillərin videoları düşə bilər. Bağlı hesablardan olan videolar üzərində istifadəçi adı görünməyəcək.

Xatırladaq ki, 2020-ci ilin avqustunda “Snapchat” tətbiqə yeni funksiya, videolara musiqi əlavə etmək imkanını təqdim etmişdir. Şirkəti “Warner Music Group”, “Warner Chappell”, “Universal Music Publishing Group”, “Merlin” və başqaları ilə əməkdaşlıq edəcəyini bildirmişdir.

Son xəbərlər
Digər xəbərlər