Müəllif: Marketoloq, konsultant İlkin Manafov
Çox zaman istər bloq vasitəsi ilə, istərsə də sosial şəbəkələrdə reklam, marketinq kommunikasiyaları barədə çox saylı suallar verirlər. Əsasən brend kommunikasiyalarda mesaja təsir edən amillər barədə soruşurlar. Bu yazıda Sizinlə kommunikasiya strateqiyalarının formalaşmasında brendin həyat tskılının əhəmiyyəti barədə söhbət açacam.
Beləliklə,Snikers brendinin nümunəsində brend kommunikasiyalardan danışaq.
Bu reklam çarxı ilə Snikers brendi 1991-ci ildə keçmiş Sovet ölkərinə giriş həyata keçirdi. Reklam çarxında olan mesaja fikir verin –
Mesaj təxminən belədir: “Snikers fındıqdan hazırlanmış şokolad dilimidir və s.” marketinq diliylə desək, əsas məqdəs brendin baza üstünlüklərini müştəriyə çatdırmaqdır. Rolikə diqqət edin, Snikers brendi demək olar ki, bütün rolik boyu efirdədir. Niyə?! Çünki brend hələ tanınmır. Bu reklamdan biz aşağıdakı nəticəyə gəlirik:
• Brend müştəriyə izah edilir;
• Hədəf kütlə konkret göstərilir (insan portreti mütləqdir, çünki hədəf kütlə özünü reklamdan görməlidir);
• Məhsulun üstünlükləri tam sərt və bir-başa formada müştəriyə çatdırılır;
• Kreativliyə deyil, mesajın tam bir başa çatmasına diqqət edilir.
Daha sonra Snikers öz brend siyasətində dəyişikliklər edir. Daha doğrusu baza brend qurulur, hamı Snikersin nə olduğunu bilir və ikinci mərhələ başlayır: brendin üstünlüklərini çatdırmaq və… brend metaforalardan istifadəyə keçir. Nəticədə şokoladın daha da çox fındıqlı olmasını göstərmək üçün “dələ” obrazı yaranır.
Nəticədə brend öz əvvəl verdiyi vədləri daha emosional formada müştəriyə verir. Fındığın çox olması ilə daha yaxşı məhsul xüsusiyyətləri müştəriyə çatdırır.
Daha sonra brend öz faydalarını müştərilərin “dilinə-dəstan” etmək üçün feillər yaradır – snikerslə…
http://www.youtube.com/watch?v=fgUv_8s8lhM&width=810&height=480
Bundan sonra brend eyni mesajı saxlamaqla məhsul faydalarını maksimum hədəf kütlənin maraqlarının və kreativliyin hesabına möhkəmləndirməyə çalışır. Məsələn, aşağıda Snikers brendinin, Sizində yaxından tanıdığınız qızıl üçbucaq məntiqindən necə məharətlə və düzgün istifadə etdiyini görə bilərsiniz. –
http://www.youtube.com/watch?v=Q9I-MDaxPAg&width=810&height=480
Düşünürəm ki, Snikers brendinin marketinq kommunikasiyaları brendin həyat tsıklına görə dəyişərək daha relevant və ümumi təsir edici olur. Hətta 2014-cü ilin ən böyük idman hadisə belə Snikersdən yan keçməyib. Rolikdə olan sloqana diqqət edin!!!
http://www.youtube.com/watch?v=sozTZN43MOU&width=810&height=480
Bu brendlərdən bizim öyrəcəyimiz hələ çox şey var.!