SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Azəristiliktəchizat” ASC ilə problemi yoxdur.
Bunu SOCAR “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Açıq qapı” aksiyası çərçivəsində media və QHT nümayəndələri ilə keçirilən görüşdə deyib.
“Azəriqaz” İstehsalat Birliyinin “Azəristiliktəchizat” adında problemi yoxdur”, – Eldəniz Vəliyev vurğulayıb.
Qeyd etmək lazımdır ki, 2021-2022-ci illərin istilik mövsümündə “Azəristiliktəchizat”ın istifadə edilmiş qaza görə “Azəriqaz”a debitor borcu ilə bağlı məsələ gündəmdə idi, lakin sonra problem öz həllini tapdı.
Eldəniz Vəliyev bildirib ki, “Azəristiliktəchizat”ın debitor borcları illərlə yığılıb qalırdı, lakin iki il bundan əvvəl bu qurumda struktur dəyişiklikləri baş verəndən sonra borc sistematik və mərhələli şəkildə ödənilməyə başladı.
“Düzdür, debitor borcunun sıfırlanmasından söhbət gedə bilməz, amma çox cüzi məbləğlər var ki, onlar da zaman-zaman, sistemli şəkildə odənilir”, – şöbə rəisi əlavə edib.