24 C
Baku
Thursday, April 18, 2024

“Sobsan” boya məhsullarının istehsalçısı “Azsığorta” ilə məhkəmə çəkişməsində

“Sobsan” markalı lak-boya məhsullarının istehsalçısı “Rəmzi-S” Məhdud Məsuliyyətli Cəmiyyəti “Azsığorta” ASC-ni məhkəməyə verib.

Banker.az xəbər verir ki, “Rəmzi-S” MMC-nin iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyevanın icraatındadır.

“Rəmzi-S” MMC ilə “Azsığorta”nin arasındakı məhkəmə çəkişməsinin səbəbi isə müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – Sığorta müqaviləsi üzrə mübahisələrdir.

Qeyd edək ki, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 105.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciət əsasında “Azsığorta” Açıq Səhmdar Cəmiyyətinə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” (AVİSMS) növü üzrə verilmiş icazənin ləğv edilməsi yolu ilə “Azsığorta” ASC sığorta fəaliyyətinə verilmiş lisenziyasının qüvvəsi 15 sentyabr 2022-ci il tarixindən məhdudlaşdırılıb.

1999-cu ildə fəaliyyətə başlamış “Rəmzi-S” MMC Azərbaycanda və onun hüdudlarından kənarda da yaxşı tanınan lak-boya istehsalçısıdır.  “Rəmzi-S” MMC DuPont və Troy Corporation kimi şirkətlərin bölgə distribyutoru kimi də fəaliyyət göstərir. Şirkətin nizamnamə kapitalı 1 505 630 manatdır və qanuni təmsilçisi Orxan Allahverdiyevdir.

Son xəbərlər
Digər xəbərlər