13 C
Baku
Tuesday, October 22, 2024

SOCAR 2017-ci ildə kapital qoyuluşlarını 55% artırıb

2017-ci ildə SOCAR-ın kapital qoyuluşları 1 mlrd. 204 nln. 759,8 min manat təşkil edib ki, bu da 2016-cı ilin göstəricisindən 55% çoxdur. Bu barədə şirkətin saytında dərc olunan 2017-ci il üzrə illik hesabatında deyilir.

2017-ci ildə SOCAR-ın faktiki kapital xərcləri planlaşdırıldığından 33,5% az olub.

Hesabata əsasən, ötən il şirkətin qazma xərcləri 613 mln. 457,2 min manat (o cümlədən kəşfiyyat qazma xərcləri 379 mln. 479,4 min manat) təşkil edib. Eyni zamanda, faktiki qazma xərcləri planlaşdırıldığından 44,4% çox olub.

Bundan başqa, 2017-ci ildə tikinti işlərinə kapital qoyuluşları 522 mln. 494,9 min manat (kapital qoyuluşları üzrə plan 41,4% icra olunub), quraşdırılma tələb etməyən avadanlıq üçün xərclər 48 mln. 619,3 min manat, geoloji kəşfiyyat işləri üçün xərclər 20 mln. 188,4 min manat təşkil edib. Qalanı digər işlərin payına düşüb.

2017-ci ildə şirkət tərəfindən 1 mlrd. 8 mln. 315,3 min manat məbləğində əsas fondlar istismara verilib ki, bu da 2016-cı ilin göstəricisindən 22,2% azdır.

Son xəbərlər
Digər xəbərlər