14 C
Baku
Tuesday, November 25, 2025

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2026-cı ildə tarixinin ən geniş seysmik proqramını həyata keçirməyi planlaşdırır.

Bunu SOCAR-ın rezervuarların inkişafı üzrə meneceri Murad Seyidov “SPE Xəzər Texniki Konfransı-2025” çərçivəsində keçirilən panel müzakirəsində bildirib.

Onun sözlərinə görə, şirkət gələn ildən yetkin yataqlarda ehtiyatların daha dəqiq xəritələnməsi üçün SOCAR tarixində ən böyük seysmik tədqiqat proqramına start verəcək:

“Məhdud büdcə şəraitində ən böyük dəyər yaradan sahələri düzgün hədəfləməliyik. 2026-cı ildə həyata keçirəcəyimiz seysmik proqram SOCAR-ın tarixində ən genişmiqyaslı fəaliyyət olacaq və əsas məqsəd yeraltı ehtiyatların dəqiq müəyyən edilməsidir”, – M.Seyidov deyib.

O əlavə edib ki, seysmik işlərlə yanaşı, digər məlumat toplama prosesləri də “Baker Hughes”, “Halliburton” və “Schlumberger” kimi beynəlxalq tərəfdaşlarla birgə aparılır:

“Qeyri-müəyyənliyin azaldılması üçün texnoloji əməkdaşlıq əsas amildir. Yalnız düzgün hədəfləri müəyyən etdikdən sonra yataqların tammiqyaslı canlandırılmasına investisiya yatırmaq mümkündür”, – o vurğulayıb.

MənbəReporneft
Son xəbərlər
Digər xəbərlər