SOCAR 25 milyon dollarlıq müqavilə imzaladı

SOCAR və Petrofac şirkətlərinin birgə müəssisəsi “SOCAR-Petrofac” bp şirkətinin Azərbaycanda əməliyyatçısı olduğu Mərkəzi-Şərqi Azəri (ACE) layihəsini dəstəkləmək üçün BP Azərbaycan şirkəti ilə 25 milyon dollar dəyərində yeni saziş imzalayıb.

Banker.az xəbər verir ki, bu barədə “SOCAR”dan məlumat verilib.

Layihə çərçivəsində yeni dəniz özülünün tikintisi və quraşdırılması, gündəlik 100 000 barrelədək neft hasil olunması nəzərdə tutulur. Hazırda tikinti işləri davam edir. İlk neftin hasilatı 2023-cü ildə gözlənilir.

“SOCAR-Petrofac” birgə müəssisəsi 2017-ci il dekabrın 5-də SOCAR və Petrofac şirkətləri tərəfindən ölkənin neft-qaz, neft-kimya sahələrində təlim və tədris istiqamətində kommersiya imkanlarından daha səmərəli yararlanmaq məqsədi ilə yaradılmışdır. Müqaviləyə əsasən birgə müəssisədə SOCAR-ın səhm payı 51%, Petrofac şirkətinin payı 49% nisbətində müəyyən edilmişdir.

 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.