22 C
Baku
Çərşənbə, Sentyabr 22, 2021

SOCAR 6 120 metr dərinlikdəki quyuda işlərin bitdiyini açıqladı

Screen Shot 2021 09 02 at 14.34.20

SOCAR-ın strateji əhəmiyyət kəsb edən “Ümid-1” platformasından U1-18 saylı istismar quyusunda qazma işləri 6 120 metr dərinlikdə uğurla başa çatdırılmış, məhsuldar qatın Vll horizontu tam açılmışdır.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Neft Şirkətinin açıqlamasında deyilir.

“Ümid-Babək” dəniz blokunun işlənməsində səmərəliliyin artırılması məqsədi ilə həm əvvəl qazılmış quyularda, həm də bu quyuda yerinə yetirilmiş tədqiqat işləri nəticəsində quyu konstruksiyasında növbəti optimallaşadırma tədbirləri aparılmış, beləliklə, quyuların gündəlik qaz hasilatı potensialının 0.75 mln. m³-dən pilləli şəkildə 3.0 mln. m³-ə, kondensat hasilatının isə 120 tondan 500 tona kimi artırılmasına nail olunib.

“Ümid-Babək” dəniz blokunun kəşfiyyatı və işlənməsi üzrə operator təyin edilmiş “Ümid-Babək Əməliyyat Şirkəti” (UBOC) ilk dəfə olaraq beynəlxalq təcrübəyə əsaslanaraq, quyunun qazmasını “açar təhvili”ndən “günəmuzd tipli müqavilə” formatına dəyişmişdir. Qazma-tamamlama işlərinə birbaşa rəhbərlik edən UBOC əməliyyatları Halliburton, Schlumberger, SOCAR-AQŞ, Baker Hughes, Azəri-Mİ və s. kimi beynəlxalq servis şirkətləri ilə birlikdə həyata keçirmişdir.

U1-18 saylı quyuda baş verən prosesləri izləmək məqsədilə 5044 metr dərinlikdə stasionar quyudibi manometr yerləşdirilmişdir. Mütəmadi ölçülən təzyiq və temperaturu yer səthinə ötürməklə quyunun ilkin hasilata verilməsi, optimal rejimin seçilməsi və fasiləsizliyinin təmin edilməsi, həmçinin lay proseslərinin analiz edilməsi üçün əvəzsiz rol oynayan bu cihazla yanaşı, 18 saylı istismar quyusunda ilk dəfə “Telecoil” texnologiyasının da tətbiqi həyata keçirilmişdir.

“Ölkəmizin yanacaq enerji balansının tənzimlənməsi üçün “Ümid” qaz-kondensat yatağının işlənməsi layihəsi mühüm əhəmiyyət daşıyır. Layihə uğurla davam etdirilir. 2010-cu ildə Azərbaycanın müstəqilliyi dövründə daxili resurslar hesabına kəşf edilmiş “Ümid” yatağında 18 saylı quyuda qazma işlərinin aparılması COVİD-19 pandemiyası dövrünə təsadüf etdiyindən, təhlükəsizlik tədbirləri gücləndirilmiş və xüsusi nəzarət sisteminin yaradılması nəticəsində qazmanın fasiləsiz təşkilinin təmin edilməsi mümkün olmuşdur.”- deyə, SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

Hazırda “Umid-1” platformasında gündəlik 3.1 mln m³ qaz və 500 ton kondensat hasil edilir. Yeni quyunun tamamlanaraq istismara daxil edilməsi ilə platformanın maksimal hasilat potensialı 6.7 mln. m³ qaz və 950 ton kondensata kimi artırılmışdır. Bu həcmdə hasilat potensialının Xəzər dənizində SOCAR-ın istismar etdiyi platformalar arasında ən yüksək göstərici olması gözlənilir. “Ümid” yatağının tammiqyaslı işlənməsi məqsədilə yerüstü infrastrukturun tikinti işləri çərçivəsində “Umid-1” platformasından “Daşgil-2” terminalına dənizin dibi ilə çəkilməsi nəzərdə tutulan 56 km uzunluğunda 500 mm-lik nəql xətti 2022-ci ilin may ayında istismara verildikdən sonra hasilat potensialından tam istifadə ediləcəkdir. Platformadan çıxarılan qaz “Daşgil-2” terminalından Səngəçal Baş Qurğularına diametri 1000 mm olan 34 km-lik yeni tikilmiş quru nəql xətti vasitəsilə ötürülərək, orada ölkənin qaz şəbəkəsinə qoşulacaqdır. Bu mərhələyə aid olan obyektlərin 2022-ci ilin birinci yarısına təhvil verilməsi üçün UBOC tərəfindən işlər qrafikə uyğun olaraq aparılır.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər