Dövlət Neft Şirkəti tərəfindən “SOCAR SARB UMM LULU” MMC adlı şirkət təsis edilib.
Banker.az xəbər verir ki, şirkətin hüquqi ünvanı SOCAR-ın baş ofisinin olduğu Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 121-də yerləşir.
Nizamnamə kapitalı 1000 manat olan şirkətin direktoru Ağaməmməd Sultanov Sultan oğludur.
Şirkətin yaradılması, 2024-cü il mayın 31-də SOCAR və Birləşmiş Ərəb Əmirliklərinin ADNOC şirkəti arasında SARB və Umm Lulu yataqlarında 3%-lik iştirak payının SOCAR-a verilməsi ilə bağlı imzalanmış sazişdən sonra baş tutub.