Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) yeni kadr təyinatı baş tutub.
Banker.az xəbər verir ki, Teymur Qılıcov Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində Prezidentin müşaviri vəzifəsinə təyin edilib.
Teymur Qılıcov 2021-ci ilin yanvar ayından etibarən SOCAR-ın Müşahidə Şurasının korporativ katibi vəzifəsini icra edir.
O, 2020-ci ilin oktyabr ayından 2026-cı ilin yanvar ayınadək Azərbaycan İnvestisiya Holdinqində Baş icraçı direktorun müşaviri vəzifəsində çalışıb.







