K.T.Nəcəfovun Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncam İMZALAYIB.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Kənan Təhməz oğlu Nəcəfov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilsin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Kənan Nəcəfov İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinə (SİF) sədr seçilib. O, cari ilin avqust ayından başlayaraq bu vəzifəyə təyin edilib.
O bundan öncə, özünün tərəfindən yaratdığı “Yeni Kapital” şirkətinin direktoru idi. Əvvəllər “Nobel Oil” şirkətində Baş direktorun müavini, “BP” (London), “Citi Group” (Londonda) və Dünya Bankında çalışmışdır.