15 C
Baku
Sunday, November 24, 2024

SOCAR ABŞ şirkəti ilə saziş imzalayıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və ABŞ-ın “Halliburton” şirkəti arasında “Texniki xidmətlərin göstərilməsi”nə dair Sazişi imzalanıb.

Sazişi SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş direktoru Əli Qurbanov və “Halliburton” şirkətinin Xəzər regionu üzrə vitse-prezidenti Qrem Teylor imzalayıblar.

Sənəd Xəzər dənizin Azərbaycan sektorunda yerləşən “Günəşli” yatağında qalıq karbohidrogen potensialının yenidən qiymətləndirilməsi və qalıq neftli zonaların dəqiqləşdirilməsi üçün müasir tədqiqatların icra edilməsi məqsədi daşıyır.

Yataq SOCAR-ın “Azneft” İstehsalat Birliyinin 28 May adına Neft-qazçıxvarma İdarəsi tərəfindən istismar olunur.

Son xəbərlər
Digər xəbərlər