16 C
Baku
Thursday, April 18, 2024

“SOCAR” Aİ-92 benzinin gömrük rüsumundan azad edilməsinin səbəbini açıqladı

Azərbaycana idxal edilən 92 və ya daha çox oktan ədədi ilə (tədqiqat metodu ilə) benzinin 4 ay müddətinə 15 faiz idxal gömrük rüsumundan azad edilməsinin, aksiz dərəcəsinin 200 manatdan 1 manata endirilməsinin səbəbi açıqlanıb.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov  bildirib ki, adətən ildə bir dəfə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda dövrü təmir-sazlama işləri aparılır.

İ. Əhmədov qeyd edib ki, ötən il zavodda belə təmir-sazlama işləri aparılmayıb, dövrü təmir-sazlama işləri bu ilə təxirə salınıb: “Bu il zavod həm də Avro-5 standartlarına uyğun dizelin istehsalına hazırlaşır. Dövrü təmir-sazlama işləri yəqin ki, bu ilin birinci yarısında olacaq. Həmin dövrü təmir müddətində zavoda benzin istehsal olunmur, yanacaq növlərindən ancaq dizel istehsal olunur. Buna görə də həmin dövrdə Aİ-92 benzinin idxalına ehtiyac yaranır. Ona görə də dövrü təmir başlamamışdan əvvəl idxal rüsumu ləğv olunur, aksiz dərəcəsi azaldılır ki, müvəqqəti kənardan benzin idxal olunsun”.

 

 

Son xəbərlər
Digər xəbərlər