28 C
Baku
Tuesday, July 22, 2025

SOCAR avqustda nə qədər neft məhsulları ixrac edib?

Avqust ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 51,64 dollara,
Urals nefti 51 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 53,05 dollara satılıb. Bu barədə SOCAR-ın avqust ayı üçün açıqladığı hesabatda deyilir.

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2017-ci ilin avqust ayında 15 min 332 ton dizel yanacağı, 118 ton soba mazutu, 2 min 73 ton yüksək təzyiqli polietilen, 1 min 811 ton mütləqləşdirilmiş izopropil spirti, 9 min 595 ton maye piroliz qətranı, 3 min 990 ton propilen və 4 min 639 ton butilen butadien fraksiyası ixrac etmişdir.

Ümumilikdə, 2017-ci ilin yanvar-avqust ayları ərzində 363 min 512 ton dizel yanacağı, 26 min 54 ton təyyarə yanacağı, 236 ton soba mazutu, 56 min 244 ton yüksək təzyiqli polietilen, 8 min 217 ton mütləqləşdirilmiş izopropil spirti, 46 min 873 ton maye piroliz qətranı, 28 min 653 ton propilen və 21 min 17 ton butilen butadien fraksiyası ixrac edilmişdir. 2017-ci ilin avqust ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) – 548,55 ABŞ dolları, təyyarə yanacağının – 505,99 dollar, dizel yanacağının – 460,64 dollar, 1 faizli kükürdlü mazutun – 296,72 dollar, yüksək təzyiqli polietilenin – 1190 dollar, butilen butadien fraksiyasının – 557,73 dollar, maye piroliz qətranının – 548,55 dollar, propilenin qiyməti – 790 avro, mütləqləşdirilmiş izopropil spirtinin qiyməti – 1390 avro təşkil etmişdir.

Xam neft ixracı

SOCAR 2017-ci ilin avqust ayında Novorossiysk limanından 254 min 363 ton, Ceyhan limanından 1 milyon 733 min 484 ton xam neft ixrac etmişdir.

Ümümilikdə yanvar-avqust ayları ərzində Novorossiysk limanından 988 min 28 ton, Supsa limanından 1 milyon 579 min 673 ton, Ceyhan limanından 11 milyon 400 min 551 ton xam neft ixrac edilmişdir. SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

Son xəbərlər
Digər xəbərlər