17 C
Baku
Monday, April 15, 2024

SOCAR Azərbaycan Mərkəzi Bankından bir milyard manatlıq kredit götürmək niyyətindədir

SOCAR yeni Neft-Kimya Kompleksi (OGPC) layihəsinin reallaşdırılması çərçivəsində Azərbaycan Mərkəzi Bankından kredit cəlb etmək niyyətindədir. Bunu jurnalistlərə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev “Neftqaztikinti” trestinin yeni inzibati binasının açılışı zamanı deyib.

Onun sözlərinə görə, SOCAR təxminən 1 milyard manat həcmində kredit cəlb etmək niyyətindədir: “Kredit OGPC layihəsinin birinci mərhələsinin reallaşdırılması üçün alınacaq. Biz ödəmə müddətinin beş il artırılması ilə 10 il müddətinə təxminən 1 milyard dollar kredit götürmək niyyətindəyik”.

Trend

Son xəbərlər
Digər xəbərlər