SOCAR Azərbaycanın nəhəng zavodundakı payını 90%-ə çatdırır

Baku Shipyard

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) “Bakı Gəmiqayırma Zavodu” MMC-nin (ing. Baku Shipyard) kapitalında payını 87%-ə qaldırıb.

Bu barədə Banker.az SOCAR-dan aldığı informasiyada deyilir.

Qeyd edək ki, “Bakı Gəmiqayırma Zavodu”nda buna qədər SOCAR-ın payı 70% təşkil edirdi.

Bu isə Dövlət Neft Şirkətinin payının nominal həcmi 388.67 mln. manat təşkil etməsi deməkdir.

“Bakı Gəmiqayırma Zavodu” – 2011-ci ildə təsis edilib, 446.97 mln. manat nizamnamə kapitalına malikdir. Bu müəssisə Xəzər dənizi hövzəsində ən böyük gəmiqayırma zavodudur. Onun istehsal gücü ildə 25 min ton metal konstruksiya təşkil edir.

“Azərbaycan İnvestisiya Şirkəti” (AİŞ), ARDNŞ və Sinqapurun “Keppel” şirkətinin birgə həyata keçirdiyi Bakı Gəmiqayırma Zavodunun inşasının 2013-cü ildə başa çatıb. Təsisçilər arasında 2010-cu il dekabrın 10-da imzalanmış razılaşmaya əsasən ARDNŞ, AİŞ və Keppel zavodun nizamnamə kapitalında müvafiq olaraq 65 faiz, 25 faiz və 10 faiz paya malikidilər. Gəmiqayırma Zavodunun tikintisi Azərbaycana 470 milyon dollara başa gəlib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları