SOCAR Azərbaycanda böyük sığorta şirkətini məhkəməyə verib, qalib çıxıb

Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Sosial İnkişaf İdarəsi ölkədəfaəliyyət göstərən sığorta şirkətinə qarşı iddia qaldırıb.

Banker.az-ın aldığı məlumata görə, SOCAR-ın idarəsi Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti  (Azərsığorta) ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət edib. Kommersiya məhkəməsinə müriaciətin səbəbi isə, “Tibbi xidmətlərin göstərilməsi barədə” bağlanmış 06.07.2010-cu il tarixli müqavilə üzrə yaranmış 13 892 manat borcdur.

İddia edilir ki, həmin vəsait  “Azərsığorta”dan tutularaq SOCAR idarəsinə ödənilməlidir.

Bakı Kommersiya Məhkəməsi SOCAR-ın idarəsinin bu məbləğdə olan iddiasını təmin edib. Sığorta şirkəti həmin vəsaiti ödəməli olacaq.

Son xəbərlər
Digər xəbərlər