Bu ilin iyul-sentyabr aylarında Azərbaycan ərazisində təbii qaz istehlakı 2 milyard 486 milyon 221 min kubmetr təşkil edib.
Banker.az bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2023-cü ilin üçüncü rübünə dair qazma, hasilat, emal və ixrac göstəriciləri ilə bağlı açıqlamasına istinadən xəbər verir.
Bu, 2022-ci ilin üçüncü rübünün göstəriciləri ilə müqayisədə 50 miyon 155 min kubmetr və ya 1.98 % azdır.