5 C
Baku
Friday, March 29, 2024

SOCAR: Azərbaycanda quru sahədə şist neftinin hasilatı üzrə perspektivlər var

SOCAR əvvəllər öyrənilməmiş 66 perspektiv ərazidə seysmik kəşfiyyat işlərinin aparılmasını zəruri hesab edir. Bunu SOCAR-ın geologiya və geofizika üzrə vitse-prezidenti Bəhram Hüseynov deyib.

“Biz əvvəllər öyrənilməmiş 66 perspektiv ərazidə seysmik kəşfiyyat işlərinin aparılmasını zəruri hesab edirik. Bu sahələrin 32-si dənizdə, 34-ü isə quruda yerləşir”, – deyə o, bu gün Bakıda keçirilən “Caspian Oil & Gas 2019” konfransında bildirib.

Vitse-prezidentin sözlərinə görə, hazırda BP “Abşeron” yatağının dayazsulu hissəsində seysmik kəşfiyyat işləri aparır. “Bu tədqiqatlara böyük ümidlərimiz var. Bundan əlavə, hesab edirik ki, Xəzər dənizinin şimal və cənubundakı dayazsulu hissələrdə (Neftçalaya qədər) də tədqiqatlar aparmaq lazımdır”, – deyə B.Hüseynov qeyd edib.

O, həmçinin deyib ki, quruda şist neftinin hasilatı üçün yaxşı perspektivlər var. Gələcəkdə bu istiqamətdə də zəruri tədqiqatlar aparmaq lazım gələcək.

B.Hüseynov əlavə edib ki, Azərbaycanda 80 yataq aşkar edilib. Onların 28-i dənizdə, 52-si isə quruda yerləşir.

İnterfax Azərbaycan

Son xəbərlər
Digər xəbərlər