SOCAR Azərbaycandakı bu şirkətdə payını 100%-ə çatdırıb

“Lənser Servisis S.A.” (və ya “Lancer Services S.A.” ) Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi ləğv olunduğunu elan etdikdən sonra səhmdarı olduğu “EKOL Mühəndislik Xidmətləri” QSC-dəki payını da satıb.

Banker.az xəbər verir ki, indiyə qədər QSC-də 49%-lik səhm payını Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) satıb.

Bununla da SOCAR-ın şirkətdəki payı 100% olmaqla yeganə payçı olub.

“EKOL Mühəndislik Xidmətləri” 2025-ci ili 6.83 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, səhmdar cəmiyyəti 2024-cü ildən 5.78 milyon manat xalis zərərlə çıxmışdı.

Xatırladaq ki, “Ekol Mühəndislik Xidmətləri” 2006-ci ilin mart ayında təsis edilib. Onun nizamnamə kapitalı 4.07 milyon manatdır.

Son xəbərlər
Digər xəbərlər