15 C
Baku
Friday, April 26, 2024

SOCAR Banqladeşdə fəaliyyətini genişləndirmək istəyir

Azərbaycanın SOCAR-AQS qazma şirkəti Banqladeşdə fəaliyyətini genişləndirmək niyyətindədir. Bu barədə SOCAR-AQS şirkətinin baş direktoru Ramin İsayev bildirib.

R.İsayev bildirib ki, quyuların hər biri üzrə işlərin onların dərinliyindən asılı olaraq təxminən 50-60 gün ərzində həyata keçiriləcəyi gözlənilir:

“Quyular bir-birindən 60-100 kilometr məsafədə yerləşir. Bir quyu üzrə işlər başa çatdıqdan sonra qurğu sökülür və yeni quyuda qazma yerində yenidən quraşdırılır. Ümumilikdə, Banqladeş hökumətinin 108 kəşfiyyat quyusu qazmaq planları var. Biz bu işlərdə iştirak etmək istərdik, üstəlik, şirkətimizin Banqladeşdə qurğusu və əməkdaşları var”.

Onun sözlərinə görə, şirkət tədricən yeni xarici bazarları öyrənmək niyyətindədir: “Bunun üçün yeni insan resursları lazımdır. Biz istənilən avadanlığı ala bilərik, bununla belə, bu avadanlıqları idarə edə bilən təcrübəli kadrlar lazımdır”.

Qeyd edək ki, daha əvvəl SOCAR-AQS Banqladeşdə qazma işlərinin aparılması üzrə tenderi qazanıb. “3+1” formatında bağlanmış müqavilə 4 quyunun qazılmasını nəzərdə tutur. Aparılacaq işlərin dəyəri 35 milyon dollar təşkil edir. İlk quyu üzrə işləri bu ilin sentyabrında bitirmək planlaşdırılır.

Xatırladaq ki, SOCAR-AQS MMC 2007-ci ildə SOCAR və “Absheron Drilling” arasında birgə müəssisə kimi yaradılıb. Hazırda müəssisə “Günəşli”, “Qərbi Abşeron”, “Ümid” və “Bulla Dəniz” yataqlarında qazma işləri aparır.

SOCAR-AQS-in səhmdarları SOCAR və “Nobel Oil Services” şirkətləridir.

© Trend

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər