4 C
Baku
Tuesday, January 21, 2025

SOCAR Belarusa ilk neft tankerini daha erkən göndərəcək

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Belarusun “Belneftexim” konserni üçün Azərbaycan nefti ilə dolu tankeri martın 5-6-da göndərməyi planlaşdırır.

Bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

Onun sözlərinə görə, tutumu 85 min ton olan ilk tanker Ceyhan limanından Belarusa yola salınacaq.

O qeyd edib ki, əldə edilən razılığa əsasən, Belarusa daha tez müddətdə neftin lazım olması səbəbindən Azərbaycan nefti ilə dolu ilk tanker martın 5-6-da yola salınacaq. “İkinci tankerin isə martın 20-nə qədər yola salınacağı nəzərdə tutulur. Bu tankerlə də təqribən 85 min ton neft nəqli planlaşdırılır”.

Qeyd edək ki, bundan öncə bildirilmişdi ki, SOCAR Belarusun “Belneftexim” konserninə martın 20-də neft nəqlinə başlamağı planlaşdırır. Belarusun Mozır neft emalı zavoduna ümumilikdə iki tanker Azərbaycan neftinin nəqli nəzərdə tutulur.

©Report

Son xəbərlər
Digər xəbərlər