SOCAR Belarusa növbəti partiya Azərbaycan nefti göndərəcək

Bu həftə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Belarusa yeni partiya Azərbaycan neftinin göndərilməsini planlaşdırır.

Bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib.

Onun sözlərinə görə, iyunun 25-26-da Gürcüstanın Supsa limanından Belarusa növbəti partiya Azərbaycan nefti göndəriləcək: “Bu dəfə göndəriləcək Azərbaycan neftinin həcmi 85-90 min ton təşkil edəcək”.

O bildirib ki, Supsa limanından yola salınacaq neft Odessa limanına çatdırılacaq və Odessa-Brodı boru kəməri ilə Mozır neft emalı zavboduna nəql ediləcək.

İ. Əhmədov qeyd edib ki, bu günə qədər SOCAR Belarusa ümumilikdə 2,05 mln. barel Azərbaycan və 0,78 mln. barel digər neft nəql edib.

Qeyd edək ki, 2020-ci ildə SOCAR Belarusun “Belneftexim” konserni üçün 1 mln. tona qədər neftin nəql etməyi planlaşdırır.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları